
Fuad Bağıyev
Full-stack developer · AI əsaslı məhsul qurucusu
4 ildən çoxdur web və mobil layihələr qururam. Payla.az və Unim.az kimi məhsulların müəllifiyəm. Hazırda AI dəstəyi ilə fərqli, real istifadə olunan layihələr hazırlayıram.
Mən kiməm?
Sumqayıt Dövlət Universitetinin tələbəsiyəm və 4+ illik təcrübə ilə web və mobil layihələr hazırlayıram. Daha çox real problem həll edən, minimal dizaynlı və AI ilə gücləndirilmiş məhsullar üzərində işləyirəm. "Vibe coding" yanaşması ilə, klassik şablonlardan uzaq, öz üslubumu qurmağa çalışıram.
Gündəlik JavaScript, React / Next.js, Node.js, Tailwind CSS, MongoDB və müasir məhsul alətləri ilə işləyirəm.
Layihələr
Real istifadə olunmuş və ya inkubasiya proqramlarından keçmiş əsas işlərim.
Payla.az
Marketplace · Kirayə geyim
Payla.az kirayə geyim üçün hazırlanmış marketplace platformasıdır. İstifadəçilər geyimlərini əlavə edib kirayəyə verə, digərləri isə uyğun geyimləri tapa bilirdi.
Status: Platforma hazırda aktivdir, amma istifadə olunmur.
Bu ideyaya görə SUPVC tərəfindən 2000 AZN məbləğində mükafat qazanmışıq və inkubasiya proqramında iştirak etmişəm.
Unim.az
Tələbələr üçün platforma
Unim.az tələbələr üçün yaradılmış platformadır. Universitet mühiti üçün uyğunlaşdırılmış, tələbələrin gündəlik ehtiyaclarını nəzərə alan bir web layihədir.
Status: Layihə hazırda aktivdir və istifadə olunur.
Tələbələr üçün praktiki və real istifadə olunan bir platforma kimi qurulub.
karyera.sdu.edu.az
Karyera səhifəsi · SDU
Sumqayıt Dövlət Universitetinin rəsmi karyera səhifəsini hazırlamışam. Bu səhifə universitetin tələbələri üçün karyera ilə bağlı məlumatları, fürsətləri və elanları toplamaq üçün nəzərdə tutulub.
Status: Aktiv istifadə olunan rəsmi karyera səhifəsidir.
Universitetin rəsmi strukturu üçün hazırlanmış, sadə və aydın karyera səhifəsi.
Loyaltybar
Bərbərxana İdarəetmə Sistemi
Bərbərxanaların idarə edilməsi üçün kompleks həll: Admin panel, Biznes paneli, Mobil tətbiq və Server. QR kod skaneri, növbə idarəetməsi və statistika kimi funksiyaları əhatə edir.
Status: Açıq mənbəli layihə.
4 fərqli komponentdən ibarət geniş miqyaslı ekosistem.
Bacarıqlar və Texnologiyalar
Xidmətlər
Texnologiyalar
Əlaqə
Mənimlə əməkdaşlıq, layihə və ya sadəcə fikir bölüşmək üçün aşağıdakı kanallardan istifadə edə bilərsiniz.