Məzmuna keç
Fuad BağıyevFull-stack developerYeni layihələrə açığam

Real istifadəçisi olan məhsullar qururam.

Kurs mərkəzləri üçün high-load LMS, geyim marketplace-i və universitetin rəsmi portalları — 4 ildən çoxdur production mühitində.

Sumqayıt Dövlət Universitetinin tələbəsiyəm. Şablonla deyil, problemlə başlayıram — minimal dizaynlı, AI ilə gücləndirilmiş və real istifadəçisi olan məhsullar qurmağa çalışıram.

İl təcrübə
4+
Production layihə
8
Rəsmi dövlət portalı
2
Qazanılan qrant
5.000 ₼
Seçilmiş işlər

Layihələr

Real biznes mühitində və rəsmi qurumlarda istifadə olunan əsas işlərim.

Azeri Edu — Tədris İdarəetmə Sistemi

Azeri Edu

AktivTədris İdarəetmə Sistemi

Kurs mərkəzi üçün hazırlanmış tədris platforması. İmtahan cavablarının avtomatik yoxlanması, kurs yerləşdirmə, imtahan qeydiyyatı, Google OAuth ilə giriş və admin paneli üzərindən real vaxtlı analitika daxildir.

Next.js, MongoDB, Nginx və PM2 Cluster üzərində qurulmuş tam server arxitekturası ilə stabil production mühiti.

Next.jsMongoDBNginxPM2
Payla.az — B2C / C2C Marketplace

Payla.az

İnkişafdaB2C / C2C Marketplace

Geyim kirayəsi və satışı üçün B2C/C2C marketplace. Həm biznes, həm də fərdi istifadəçilər elan yerləşdirir, filtr və axtarış ilə uyğun geyim tapır, rezervasiya edir. Ödəniş axını, istifadəçi reytinqi və avtomatik bildirişlər daxildir.

2.000 ₼ · SUPVC Venture Grant

Bu innovativ ideyaya görə SUPVC tərəfindən 2000 AZN mükafat qazanaraq rəsmi inkubasiya proqramına qəbul edilmişəm.

karyera.sdu.edu.az — Rəsmi Karyera Portalı

karyera.sdu.edu.az

RəsmiRəsmi Karyera Portalı

SDU-nun rəsmi karyera portalı. Vakansiya, təcrübə proqramı və təqaüd elanlarını tələbə və məzunlara çatdırır. Universitetin kadr şöbəsi tərəfindən birbaşa idarə olunur.

Dövlət qurumu standartlarına uyğun, SEO optimallaşdırılmış və tam responsiv veb həll.

SDU Dayanıqlı İnkişaf — Dayanıqlı İnkişaf Portalı

SDU Dayanıqlı İnkişaf

RəsmiDayanıqlı İnkişaf Portalı

SDU-nun BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə (SDG) töhfələrini əks etdirən interaktiv portal. Karbon kalkulyatoru, enerji və su istifadəsi üzrə təsir dashboard-u, tədbirlər təqvimi və SDG tədqiqat hesabatları daxildir.

Recharts ilə real vaxtlı data vizualizasiyası, interaktiv karbon ayaq izi kalkulyatoru və 17 SDG məqsədinin ətraflı təqdimatı ilə tam iki dilli (AZ/EN) portal.

Next.jsRechartsi18n
Unim.az — Tələbə Ekosistemi

Unim.az

AktivTələbə Ekosistemi

Tələbələr üçün akademik resurslar, kampus xəbərləri və sosial funksiyaları bir arada təqdim edən portal. Dərs cədvəli, elanlar və tələbələrarası ünsiyyət kimi gündəlik ehtiyacları əhatə edir.

Tələbənin gündəlik kampus həyatını tək platformada sadələşdirən mərkəzi portal.

Loyaltybar — Bərbərxana İdarəetmə Sistemi

Loyaltybar

Açıq mənbəBərbərxana İdarəetmə Sistemi

Bərbərxana və salonlar üçün idarəetmə sistemi. QR ilə müştəri tanıma, rəqəmsal növbə, loyallıq proqramı və gəlir/müştəri statistikası funksiyalarını təqdim edir.

Admin panel, Biznes paneli, Mobil tətbiq və Server daxil olmaqla 4 fərqli texnoloji komponentdən ibarət kompleks arxitektura.

Aspendos Academy — Beynəlxalq Tibbi Akademiya

Aspendos Academy

AktivBeynəlxalq Tibbi Akademiya

Həkim və tibb tələbələri üçün beynəlxalq tibbi staj, observership və klinik fellowship proqramlarını təqdim edən akademiya saytı. Türkiyənin akkreditasiyalı xəstəxanalarında fərdi akademik müşayiət, proqram axtarışı, müraciət axını və komanda bölmələri daxildir.

20+ ölkədən 180+ həkimə xidmət edən, çoxdilli akademik fellowship platforması — qeydiyyat və müraciət axını ilə tam funksional.

Idea İnşaat — Korporativ Sayt

Idea İnşaat

AktivKorporativ Sayt

Tikinti və inşaat şirkəti üçün korporativ veb sayt. Layihələr kataloqu, xidmətlər, şirkət haqqında və əlaqə bölmələri ilə professional rəqəmsal təqdimat, motion və scroll-əsaslı keçidlərlə zəngin bir istifadəçi təcrübəsi.

Tam responsiv, performans və SEO üçün optimallaşdırılmış, animation-driven istifadəçi axını.

Bacarıqlar

Nə ilə işləyirəm

Full-stack web development

Mobil tətbiq inkişafı

AI dəstəyi ilə məhsul dizaynı

Texnologiyalar

  • JavaScript
  • TypeScript
  • React
  • Next.js
  • Node.js
  • Tailwind CSS
  • MongoDB
  • Git
  • Figma
Pulsuz promptlar

Promptlar

Videolarımda istifadə etdiyim promptların tam mətni. Kopyala, AI-a yapışdır, işlət — qeydiyyat yoxdur.

  • Veb sayt dizaynı

    Local Business Website Prompt

    Kiçik, fiziki bizneslər — restoran, salon, təmir emalatxanası, klinika, tikinti şirkəti — üçün tək fayllıq sayt qurdurmaq üçün prompt. Bənövşəyi-mavi qradienti, boş şüarları və saxta etibar bloklarını adbaad qadağan edir, saytı isə tək bir hədəfin ətrafında qurur: zəng, sifariş və ya ünvana gəliş.

    Web designLanding pageLocal businessConversion
    Promptu aç
  • Veb sayt dizaynı

    Master Website Prompt

    Google Maps-dən götürülmüş biznes məlumatını təhlil edib həmin bizneslə uyğun, şablona bənzəməyən premium sayt qurdurmaq üçün tam prompt. AI görünüşlü dizayn, uydurma məzmun və hazır şablon strukturunu qadağan edən qaydalar daxildir.

    Web designLanding pageGoogle MapsUX
    Promptu aç
Əlaqə

Layihəniz var?

Əməkdaşlıq, layihə və ya sadəcə fikir bölüşmək üçün yazın — adətən bir gün ərzində cavab verirəm.